Gilasmagazine Yay/Лето 2016 2016 | Page 82

Giləmeyvəli qaletlər Porsiya: 6 Tərkibi: Xəmir: 100 qr kərə yağı (yumşaq) 2 x.q. şəkər tozu 150 qr un 50 qr yulaf unu 1 iri yumurta ½ ç.q. vanil ekstraktı 1 çimdik duz İçlik: 3-4 x.q. qarğıdalı nişastası 4-5 x.q. şəkər kirşanı 650 qr giləmeyvə qarışığı (çiyələk, moruq, qarağat, albalı) 1-2 yarpaq kəklikotu, lavandavə nanə Üzəri üçün: 1 yumurta sarısı, küncüt, şəkər Hazırlanması: 1. Xəmir üçün bütün inqrediyentlər qarışdırılır və yumşaq xəmir yoğrulur. Soyuducuda 1 saat ərzində soyudulur. 2. Giləmeyvələr yuyulur, albalıların tumları çıxardılır, iri giləmeyvələr yarıbölünür. Qarışığın üzərinə az miqdarda nişasta tökülür və qarışdırılır. 3. Xəmir 3 bərabər hissəyə bölünür və dairə formasında yayılır. 4. Hər xəmir dairələrinə az miqdarda nişasta tökülür , yayılır. İçliyin 1/3 hissəsi xəmir dairəsinə, üzərinə şəkər kirşanı və nişasta səpilir. Qaletanın qıraqları iç tərəfə qatlanır. İçliyin üzərinə kəklikotu, lavanda, nanə yarpaqları düzülür. 5. Qaletanın kənarlarına yumurta sarısı çəkilir və az miqdarda küncüt və şəkər səpilir. 6. Öncədən qızdırılmış sobada 200 C dərəcədə 20 dəq ərzində qızaranadək bişirilir. 7. Soyuq və ya isti halda dondurma ilə də servis edə bilərsiniz. 82 gilasmagazine