Gilasmagazine Yay/Лето 2016 2016 | Page 74

Albalılı tart Porsiya: 12 Tərkibi: Əsas hissəsi üçün: 100 qr kərə yağı 200 qr un 50 qr kakao 50 ml çox soyuq su 50 qr şəkər kirşanı Qanaş üçün: 250 ml qaymaq 250 qr südlü şokolad Bəzək üçün: 200 qr albalı Hazırlanması: 1. Kərə yağı kub formasında doğranılır, üzərinə un, kakao, şəkər kirşanı əlavə olunub, blenderdə qarışdırılır. 2. Sonra üzərinə soyuq su əlavə olunub, tez xəmir yoğrulur.Qida plyenkasına bükülüb, 30 dəqiqə ərzində soyuducuda soyudulur. 3. Xəmir oxlovla açılır və yağlanmış tart formasına yerləşdirilir. Xəmir çəngəl ya bıçaqla bir neçə yerdən deşilir. 4. Əvvəldən qızdırılmış sobada 180°C dərəcədə 15 dəqiqə ərzində bişirilir. Soyudulur. 5. Qanaş üçün qaymaq qaynayanadək qızdırılır. Kənara qaoyulur, xırdalanmış şokolad əlavə olunub, tam həll olunanadək qarışdırılır. 6. Hazır olan qanaş tartın üzərinə tökülüb, albalı ilə bəzədilir. 7. Servisdən öncə ən azı 1 saat soyuducuda soyudulur. 74 gilasmagazine