Gilasmagazine Yay/Лето 2016 2016 | Page 44

Ağ xiyar turşusu Tərkibi: 600 qr körpə ağ xiyar 4 diş təmizlənmiş sarımsaq 20 qr şüyüd toxumu 10 qr qara istiot dənəsi 250 ml alma sirkəsi 250 ml su 25 qr iri dənə duz 1 dəstə cəfəri 4-5 ədəd dəfnə yarpağı Hazırlanması: 1. Yuyulmuş bankalar sterilizə olunur. Xiyarlar yuyulur. Dərin qazana su, sirkə, duz tökülür, qaynadılır. 3. Bankaların dibinə sarımsaq və digər inqrediyentlər düzülür. Xiyarlar vertikal olaraq bir-birinə sıx yığılır. Turşu suyu bankalar dolanadək bankalara doldurulur. Bankanın qapağı bərk bağlanır. 2-3 gün keçdikdən sonra istifadə etmək olar. 4. Əgər xiyarları qış tədarükü üçün hazırlayırsınızsa, onda bankaları qaynayan su ilə dolu qazanda 5 dəqiqə ərzində sterilizə etmək lazımdır.Sonra bankalar qapağı üstə çevrilir, pled ilə bükülərək soyudulur. 44