Gilasmagazine Yay/Лето 2016 2016 | Page 20

Yabanı düyü salatı Porsiya: 2 Tərkibi: 340 qr bişmiş yabanı qara düyü 2 şaftalı 150 qr rukola 75 qr keşyu 1 x.q. zeytun yağı Zövqə görə duz, istiot Sous üçün: 60 ml limon şirəsi 80 ml zeytun yağı 2 diş sarımsaq ¼ ç.q. duz 1. Yabanı düyü paketin üzərində qeyd olunan təlimata uyğun şəkildə qaynadılır. Bişdikdən sonra süzülür, soyudulur. 2. Keşyu qızdırılmış, yağsız tavada bir az qovrulur. 3. Şaftalı xırda kub şəklində doğranılır. Sousun bütün inqrediyentləri ayrı qabda qarışdırılır. 4. Rukola salatı, keşyu, şaftalı, yabanı düyü bir boşqaba əlavə edilib üzərinə sous tökülür. Salat təzə halda yeyilməlidir. 20 gilasmagazine foto və mətn: Şamaxı Həşimova Hazırlanması: