Gilasmagazine Yay/Лето 2016 2016 | Page 12

Səbətdə Kapriz salatı Porsiya: 9 Tərkibi: 300 qr çerri pomidoru 250 qr. mozzarella pendiri 1 dəstə ağ reyhan 3 ədəd filo və ya adi nazik lavaş 20 qr. ərinmiş kərə yağı Sous üçün: 2 x.q. zeytun yağı 2 x.q. sirkə 1 diş sarımsaq zövqə görə duz və istiot 1. Lavaş yağlanıb kvadrat şəklində 9 bərabər hissəyə bölünür. 2. Kəsilmiş hissələr maffin qəliblərinə səbət şəklində yerləşdirilir. 3. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 10-15 dəqiqə ərzində qızılı rəng alanadək bişirilir. Qızarmış səbətlər soyudulur. 4. Dərin kasada yarıbölünmüş çerri pomidorları, mozzarella pendiri, xırdalanmış ağ reyhan əlavə edilib qarışdırılır. Sous qarışığın üzərinə süzülür. 5. Salat səbətlərə bərabər şəkildə paylaşdırılır. Üzəri reyhan yarpaqları ilə bəzədilib servis olunur. 12 gilasmagazine foto və mətn: Şamaxı Həşimova Hazırlanması: